2024-cü ilin büdcəsi Türkmənistanda dövlət qanunu ilə təsdiqlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə müvafiq sənədi “Neytral Türkmənistan” rəsmi qəzeti dərc edib.

Məlumata görə, büdcənin əsas prioriteti bütün sektorların intensiv inkişafı vasitəsilə sosial yönümlü dövlət siyasətini və yüksək iqtisadi artım tempini dəstəkləməkdir.

Türkmənistanın 2024-cü il dövlət büdcəsi 29,2 milyard dollar məbləğində təsdiq edilib.

 

Gözəl Həşimova