Naxçıvan Şəhər İcra Hakimiyyəti kommunal təyinatlı yeni avtomobil və traktorlar alır.

Bu barədə İqtisadiyyat.az İcra Hakimiyyətindən məlumat əldə edib.

Bildirilir ki, tullantı kürəyən traktor, tırtıllı buldozer, ekskovator, sahibsiz itlərin daşınması üçün xüsusi təyinatlı maşın, böyük və kiçik həcmli tullantı maşınları, qar kürəyən maşın və su maşınlarının alınması nəzərdə tutulub.

Ümumilikdə, kommunal təyinatlı 13 nəqliyyat vasitəsi alınacaq.

Sözügedən avtomobil və traktorların alışı 1.221.890 manata başa gələcək.