Böyük Britaniya 1995-2023-cü (ilk 6 ay) illər ərzində Azərbaycana 35 mlrd. dollar investisiya yatırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, yatırılan investisiyaların 32 mlrd. dolları neft-qaz sektorunun payına düşüb.

Nazir onu da qeyd edib ki, qeyd olunan dövrdə Azərbaycan Böyük Britaniyaya 2 mlrd. dollar həcmində investisiya yatırıb.

Pərviz Şahbazov həmçinin əlavə edib ki, bu ilin ilk 10 ay ərzində Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi 734 mln dollar təşkil edib. 2022-ci ildə bu göstərici 1 mlrd. dollar təşkil edib, bu da illik müqayisədə 55,1% artım deməkdir.

Nazir vurğuladı ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var.