31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar paytaxt ərazisində bayram tərtibatı işləri aparılacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, küçələr yolkalar, bayram işıqları və Yeni ilin simvoluna çevrilmiş müxtəlif aksesuarlarla bəzədiləcək.

Şəhərin mərkəzi yerləri ilə yanaşı, rayonların ərazisindəki park və bağlarda yolkalar quraşdırılacaq.

Xüsusi dizaynla bəzədiləcək paytaxt Yeni ili özünəməxsus şəkildə qarşılayacaq.

Hazırda Bakı şəhəri ərazisində yolkaların quraşdırılacağı yerlər və onların sayı müəyyənləşdirilir.

Qeyd edək ki, bayram tərtibatı işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.