Görkəmli kimyaçı alim, akademik mərhum Musa Rüstəmovun qəbirüstü abidəsi ucaldılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sabah İkinci Fəxri xiyabanda mərhum alimin qəbirüstü abidəsinin açılışı olacaq.  

Xatırladaq ki, Əməkdar elm xadimi M.Rüstəmov ötən ilin noyabrın 29-da 92 yaşında vəfat edib. O, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri idi. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib. Akademik 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını alıb, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olub, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Sadiq Cavadov