2023-cü ilin noyabr ayının 1-nə Azərbaycanda manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7.31%, xarici valyuta ilə isə 1.67% təşkil edib.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü iə müqayisədə manatla müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 1.3 faiz bəndi, xarici valyuta ilə isə 0.33 faiz bəndi azalıb. Belə ki, 2022-ci ilin noyabr ayının 1 -nə manatla yeni cəlb edilmiş müddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 8.61%, xarici valyuta isə 2% təşkil edirdi.

Qeyd edək ki, kommersiya bankları tərəfindən cari ilin noyabr ayının 1-nə yeni verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyuta ekvivalentində müvafiq olaraq 15.79% və 6.33% təşkil edib. Xatırladaq ki, ötən ilin noyabr ayının 1-nə bu göstərici manatla 15.87%, xarici valyuta ilə isə 4.44% olub.