Bazar araşdırması aparan və baş ofisi Frankfurtda olan Sentix dekabr ayı üçün Avro Bölgəsi Baş İnvestor Güvən İndeksi məlumatlarını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, noyabr ayında mənfi 18,6 olan Avro Bölgəsi Ümumi İnvestor Güvən İndeksi bu ay 1,8 bənd artaraq mənfi 16,8-ə yüksəlib. Beləliklə, indeks ardıcıl üçüncü aydır ki, yüksəliş trendini davam etdirir. May ayından bəri ən yüksək səviyyəyə çatan indeksin mənfi 16,4 səviyyəsinə yüksələcəyi gözlənilirdi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Gözləntilər İndeksi də mənfi 10-dan mənfi 9,8-ə yüksələrək 2023-cü ilin fevralından bu yana ən yüksək səviyyəyə çatıb. Cari Vəziyyət İndeksi də mənfi 26,8-dən mənfi 23,5-ə yüksəlib.