Avropa İttifaqı (Aİ) Fələstinə yardım proqramları çərçivəsində ödənişləri davam etdirmək niyyətindədir.

Bu barədə İqtisadiyyat.az "Financial Times"a istinadən xəbər verir.

Məlumata görə, Avropa Komissiyasının yoxlamalar nəticəsində ayrılan vəsaitlərin terrorçu qruplara çatdırıldığına dair heç bir dəlil tapılmadıqdan sonra belə bir qərar qəbul edilib. Bildirilib ki, Brüsseldə aparılan audit nəticəsində Aİ-nin maliyyə dəstəyi ilə terrorçu qruplar arasında əlaqə olduğuna dair heç bir sübut aşkar edilməyib.

Qeyd edək ki, Aİ 1,2 milyard avroluq beynəlxalq yardım paketində Fələstinin ən böyük donorudur və bunun 691 milyon avrosu icmanın payına düşür.

 

Gözəl Həşimova