Almaniya bütün nazirliklərin əlavə xərcləmə öhdəliklərini müvəqqəti olaraq dondurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin büdcədən məsul müşaviri Verner Gatzerin nazirliklərə göndərdiyi məktubda federal büdcədə gələcək xərc öhdəliklərinin müvəqqəti olaraq dondurulduğu bildirilib.

Bildirilib ki, Almaniya hökumətinin büdcə böhranı getdikcə pisləşir. Məlumata görə, nazirlik və qurumlar mövcud öhdəliklərini yerinə yetirəcəklər, lakin yeni öhdəliklər qəbul edilməyəcək.

Büdcə dondurulduqdan sonra nazirliklərin tələb etdiyi xərclərə xüsusi hallarda icazə veriləcəyi vurğulanıb.

 

Gözəl Həşimova