ABŞ hökuməti 2024-cü il üçün 1,6 trilyon dollarlıq büdcə ilə bağlı razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Ağ Ev"in mətbuat xidməti tərəfindən yayılan ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.

Məlumata görə, konqresdəki Respublikaçı və Demokratik partiyaların nümayəndələri federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər. Bildirilib ki, maliyyələşdirmə layihəsində nəzərdə tutulan büdcə "Ağ Ev"in tələblərinə cavab verir.

Beləliklə, ABŞ hökumətinin bu il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək . Bunun 886 milyard dolları müdafiə xərclərinə, 704 milyard dolları isə digər xərclərə sərf olunacaq.

 

Gözəl Həşimova