Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qayıdışı, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, reinteqrasiyayönümlü həmin tədbirlər nəticəsində ötən il daha 197 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

Ümumilikdə son dörd ildə 448 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.