Ukrayna prezidenti Volodimir Zelenskinin 2021 və 2022-ci illər üçün əmlak, gəlir, xərc və maliyyə öhdəlikləri haqqında bəyannamə dərc edilib.

Bu barədə İqtisadiyyat.az “Ukrayinska Pravda”ya istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə Zelenski və ailəsinin gəliri 3,7 milyon qrivna (98 min dollar) təşkil edib. Bu, 2021-ci illə müqayisədə 3 dəfə azdır.

Gəlir əsasən əmək haqqı, bank faizləri və daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlərdən ibarət olub.

 

Gözəl Həşimova