"Ukrayna Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyini vəd edir və Avropa İttifaqına (Aİ) daxil olmaq üçün xüsusi şərtlər tələb etmir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib.

"Ukrayna Aİ-yə gedən yolda xüsusi şərtlər tələb etmir və üzvlük danışıqlarına başlamaq üçün Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirir", - deyə Zelenski bildirib. 

Zelenskinin sözlərinə görə, Ukraynada islahatlar davam edəcək. O, Kiyevin antikorrupsiya sisteminin səmərəli işləməsini təmin edəcək qanunlar hazırladığını bildirib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə gəlib.