Kosovonun prezidenti Vjosa Osmani Qranadada keçirilən Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdüyünü açıqlayıb. 

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

“Ukrayinska pravda” qeyd edib ki, onlar artıq iyun ayında Kişinyovda Avropa Siyasi Birliyinin sammitində görüşüblər. Bununla belə, Ukrayna Kosovonu rəsmən tanımır. 

Görüşün təfərrüatları barədə məlumat verilməyib.