Amerika Konqresi Kiyevə yardım paketinin ayrılması qərarını təsdiqləməsə, Ukrayna Rusiya ilə davam edən silahlı münaqişədə məğlubiyyətə uğrayacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Biz Konqresə xüsusi olaraq deməliyik: Konqres Ukraynaya kömək etməsə, Ukrayna müharibəni uduzacaq", - Zelenski bir sıra xarici aktyorlar, musiqiçilər, habelə maliyyə toplamaqda iştirak edən elm və biznes xadimləri ilə onlayn söhbətində deyib.