Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı oktyabrın 26-27-də Brüsseldə keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində çıxış edəcəyini bildirib.

İqtisadiyyat.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yayımlanan videomüraciətində bildirib. 

"Sabah mənim cədvəlimə Avropa İttifaqı ölkələrinin liderləri səviyyəsində Avropa Şurasının iclasında iştirak etmək də daxildir", - o bildirib.

Zelenski bu görüşdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini də qaldıracağını qeyd edib.

Ukrayna prezidenti Brüsselə gedəcəyini və ya videokonfrans vasitəsilə sammit iştirakçılarına müraciət edib-etməyəcəyini dəqiqləşdirməyib.