"Ukrayna əks-hücumunun hazırda çətinliklərlə üzləşməsinə baxmayaraq, Kiyev 2023 və 2024-cü illərdə hücumunu davam etdirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Bizim planımız var, konkret şəhərlərimiz, konkret istiqamətlərimiz var, hədəfimiz var, hara gedəcəyik, hansı istiqamətdə hücum edəcəyik hamısı planlanıb", - deyə Zelenski "Reuters"in təşkil etdiyi konfransda videobağlantı vasitəsilə danışıb.

"Biz bu il nəticələr göstərməyə çalışacağıq. Gələn il üçün planımız var, lakin onun təfərrüatlarını bölüşə bilmərəm", - Ukrayna lideri qeyd edib.