Ermənistan-Azərbaycan sərhədində yaşananlar Avropa İttifaqının (Aİ) Ermənistanda fəaliyyət göstərən missiyasının səmərəsizliyini bir daha sübut edir".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Sotk kəndində erməni hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verir və tərəfləri gərginliyin artmasına, gərginliyə və insan tələfatına səbəb olan hərəkətlərdən çəkinməyə çağırırıq. Bu faciəvi hadisə Avropa İttifaqının hərbi missiyasının effektiv olmadığını bir daha təsdiqlədi", - diplomat bildirib.

"Biz həm də sərhəd bölgəsində KTMT missiyasının yerləşdirilməsinin tərəfdarıyıq. Qərar Yerevanındır. Təşkilatın bütün digər üzv ölkələri bu addıma hazır olduqlarını bildiriblər", - diplomat yekunlaşdırıb.