"Rusiyanın gələn il Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinin prioritetlərindən biri təhlükəsizlik təhdidlərinə qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsi olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MDB-nin oktyabr ayında Bişkekdə keçirilən sammitində bu işin yeni səviyyədə qurulması üçün lazımi hüquqi baza yaradılıb:

“Rusiyanın MDB-də sədrliyinin prioritetləri arasında təhlükəsizlik təhdidlərinə qarşı mübarizə, birliyin xarici sərhədlərinin möhkəmləndirilməsi və birliyin potensialının artırılması vacibdir”.

 

Gözəl Həşimova