“Azərbaycan hakimiyyətinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, eyni zamanda təhlükəsizliyinin və iqtisadi rifahının təmin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Düşünürəm ki, bu, çox düzgün siqnaldır. Biz Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın sülh barədə razılaşması üçün prinsipial əhəmiyyət kəsb edən prosesə hər cür kömək edəcəyik”, - Zaxarova bildirib.