"Fransa Ermənistana qeyri-likvid hərbi texnika satıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Zaxarova bunu Fransanın “Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsini şərh edərkən deyib: "Paris həmin texnikanı başqa istiqamətlərdə sata bilmədiyi üçün İrəvana göndərib. Həmin zirehli texnika real döyüş şəraitində çox aşağı effektivlik nümayiş etdirib".

 

Gözəl Həşimova