Bir neçə həftə əvvəl Johnson & Johnson şirkətinə məxsus və ABŞ-ın Baltimor şəhərində yerləşən zavodunun işçiləri yeni növ koronavirus infeksiyasına qarşı peyvəndi hazırlamaq üçün istifadə edilən maddələri qarışdırarkən səhvə yol veriblər.

Bu barədə “The New York Times” qəzeti xəbər verib.

Qeyd olunub ki, nəticədə 15 milyon doza koronavirus peyvəndi xarab olub.

Hadisəyə səbəb insan faktoru olub və bundan sonra ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) zavodda yoxlamalara başlayıb.