"ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı telefon danışığı aparıb və döyüş meydanındakı vəziyyəti dəyərləndiriblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, Braun və Zalujnı döyüş meydanındakı son vəziyyəti müzakirə ediblər. Tərəflər Kiyevə təhlükəsizlik yardımının davam etdirilməsi mövzusuna da toxunublar.

Zalujnı noyabrın əvvəlində Britaniyanın "The Economist" jurnalına deyib ki, Ukrayna ətrafında münaqişə dalana dirənib və onun qoşunları cəbhədə irəliləyişə nail ola bilməyəcək. Ukrayna Silahlı Qüvvələrinin baş komandirinin fikrincə, mövqelərin zəifləməsi ilə münaqişə illər boyu uzana və Ukraynanı tükəndirə bilər.