Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​və Azərbaycanın müdafiə naziri Zakir Həsənov Eskişehirdəki 1-ci Baş Reaktiv Baza Komandanlığında 2023-2024-cü Uçuş Tədris İli Açılış Mərasimində iştirak ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Mərasimdə Baş Qərargah rəisi general Mətin Gürak, Quru Qoşunları Komandanı General Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və Eskişehir valisi Hüseyn Aksoy da iştirak edib.