Son 24 saat ərzində 200-ə yaxın yük maşını humanitar yardımla Qəzzaya daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Koordinasiyası İdarəsi "X" səhifəsindən məlumat yayıb.

Humanitar yardım daşıyan 200-ə yaxın yük maşını yoxlanılıb və "Rəfah" ilə "Kerem Şalom" keçid məntəqələrindən keçərək Qəzza zolağına buraxılıb.

Nəqliyyat vasitələri əhali üçün ərzaq, su, tibbi avadanlıq və və müvəqqəti yaşayış binalarının tikintisi üçün komponentlər daşıyıb.

 

Gözəl Həşimova