Azərbaycan bu ilin yanvar-noyabr aylarında Yunanıstana 403,2 milyon dollar dəyərində 656,5 min ton neft ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2,4 dəfə, dəyər baxımından isə 191,1 milyon dollar və ya 90,1 % çoxdur.

Məlumata görə, hesabat dövründə Yunanıstan Azərbaycandan ən çox neft idxal edən 10-cu ölkə olub.

 

Gözəl Həşimova