Paltarlarınızı ağartmaqda çətinlik çəkirsinizsə, yumurta qabıqları köməyinizə çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, yumurta qabıqlarını bir tənzif ilə sıx bağlayın və paltarlarınızı ağartmaq üçün paltar maşınının içərisinə yerləşdirin.

Bu məqamda ağ paltarları olduğundan ağ göstərəcək və ləkələri asanlıqla çıxaracaq.

BİTKİLƏRİNİZ QİDALANDIRIN

Bitkilərinizi sağlam qida mənbəyindən istifadə etməsini istəyirsinizsə yumurta qabıqlarını istifadə edə bilərsiniz. Bir stəkan isti suyun içərisinə yumurta qabığını qoyun və 5-10 dəqiqə saxlayın. Bağınızı qidalandırıb gücləndirmək üçün ağaclarınızı bu su ilə 10-15 dəqiqə sulayın.

EV ŞƏRAİTİNDƏ TƏBİİ TƏBAŞİR HAZIRLAYIN

Yumurta qabıqları ilə uşaqlarınız üçün təbii təbaşir hazırlaya bilərsiniz. Bunun üçün bir qabda unu isti su ilə qarışdırın və üzərinə 1 xörək qaşığı üyüdülmüş yumurta qabığı əlavə edin.

Yaxşıca qarışdırın və məcun halına gətirin. Əgər rəngli olmasını istəyirsinizsə istədiyiniz rəngdə rəngləndirici (boya) əlavə edin və bütün qarışığı yaxşıca qarışdırın. Daha sonra bir qəlibə tökün və üç gün qurumasını gözləyin. Təbii təbaşiriniz hazırdır!

BAĞINIZI ZƏRƏRLİ HƏŞƏRATLARDAN VƏ HEYVANLARDAN QORUYUN

Çox sevdiyiniz bağçanızı gəmiricilər, ilbizlərdən hətta pişiklərdən qorumaq istəyirsinizsə yumurta qabıqları ilə bağçanızı nəzarət altına ala bilərsiniz. Yumurta qabığını əzib, bağınızın ətrafına səpin. Yavaş-yavaş zərərli böcəklərin yox olduğunu görəcəksiniz.