Yeni Zelandiya milli əmək bazarını qorumaq və işsiz vətəndaşların sayını azaltmaq üçün miqrant işçilərin sayını məhdudlaşdıracaq.

İqtisadiyyat.az “Radio New Zealand”a istinadən xəbər verir ki, bu barədə ölkənin immiqrasiya naziri Erika Stenforda məlumat verib.

Qeyd olunur ki, ölkənin miqrasiya qanunvericiliyində aprelin 8-dən qüvvəyə minmiş bir sıra dəyişikliklər əmək miqrantlarının sayını azaldacaq, işəgötürənlərin diqqətini yerli resurslara yönəldəcək və xaricdən yalnız yüksək ixtisaslı mütəxəssisləri cəlb edəcək.

"Keçən il biz 52 min aşağı ixtisaslı işçi cəlb etdik, 20 mindən çox yeni zelandiyalı isə əksinə, işsiz qaldı və müavinət almağa başladı. Bizim vəzifəmiz ölkə vətəndaşlarını işlə təmin etməkdir", -  deyə ölkənin  immiqrasiya naziri Erika Stenforda bildirib.

Yeni qanunvericiliyin bir hissəsi kimi miqrant işçilərdən İngilis dilini bilmələri tələb olunacaq, onların bilik və təcrübələri tutduğu vəzifə üçün minimum tələblərə cavab verməlidir.  Eyni zamanda, Yeni Zelandiyada qalma müddəti üç ilə qədər məhdudlaşdırılacaq.