"Bakı Metropoliteni" QSC müxtəlif növ yeni kondisonerlər alır.

İqtisadiyyat.Az-ın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, QSC tərəfindən müxtəlif növ kondisionerlərin açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə tamamilə xarici investora məxsus müəssisə – "Contek Ltd” qalib gəlib.

Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 194 062 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.(Apa.az)