2024-ci ilin yanvar-avqust aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9,6% artaraq 927,7 milyon manata çatıb.

İqtisadiyyat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərinin həcmi 44,6% artaraq 499,9 milyon manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 8 ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 53,8 manat olub.