"Husi üsyançıları Yəmənin ərazi suları üzərində ABŞ-yə aid MQ-9 kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) vurublar".

İqtisadiyyat.az xəbər verir ki, bu iddia ilə "Ənsar Allah" qruplaşmasının sözçüsü Yəhya Səriya çıxış edib.

"Bizim hava hücumundan müdafiə sistemlərimiz Amerikanın İsrail rejiminə hərbi dəstəyi çərçivəsində Yəmənin ərazi suları üzərindəki hava məkanında kəşfiyyat əməliyyatları həyata keçirən Amerikaya məxsus MQ-9 pilotsuz vasitəsini vurmağa müvəffəq olub", - deyə Yəhya Səriyanın bəyanatında bildirilir.