"Husilər İsraili mülki gəmilərə hücum etməklə hədələyib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Yəmənin Ənsar Allah üsyançı hərəkatının nümayəndəsi Yəhya Saria bildirib.

"Yəmən Silahlı Qüvvələri aşağıdakı növ gəmilərdən hər hansı birinə hücum edəcəklərini elan edir: İsrail bayrağı altında üzən gəmilərə və İsrail şirkətlərinə məxsus İsrail şirkətləri tərəfindən idarə olunan digər gəmilərə", - nümayəndə qeyd edib.

Saria bütün dünya ölkələrini bu gəmilərin ekipajlarına daxil olan vətəndaşlarını təxliyə etməyə və İsrail gəmiçilik şirkətlərinin xidmətlərindən imtina etməyə çağırıb. Bundan əlavə, hərəkatın nümayəndəsi Qırmızı dənizdəki marşrutlarda belə gəmilərə yaxınlaşmamağı tövsiyə edib.

Noyabrın 14-də hərəkatın lideri Abdel Malek əl-Husi Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında yəhudi dövlətinin gəmilərini vurmaqla hədələyərək İsrail ərazisinə hücumları davam etdirəcəyini vəd edib. Husi lideri mülki gəmilərin hədəfə alınıb-alınmayacağını dəqiqləşdirməyib.