Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində yaranan fasilələrdən sonra Yaxın Şərqdəki münaqişənin kəskinləşməsi qlobal əmtəə bazarlarında “ikiqat şoka” səbəb ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dünya Bankının “Geosiyasi risklərin kölgəsində” başlığı ilə Əmtəə Bazarlarına Baxış Hesabatında deyilir.

Məlumata görə, bu münaqişə əmtəə bazarlarını “təhlükəli sulara” itələyə bilər. Bildirilib ki, konflikt kəskinləşəcəyi təqdirdə əmtəə qiymətləri ilə bağlı proqnoz sürətlə pisləşə bilər.

 

Gözəl Həşimova