Yaxın Şərqdə gərginləşən münaqişə zamanı İsraildə öldürülən Kanada vətəndaşlarının sayı 7 nəfərə çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanada hökumətindəki mənbələrinə istinadən "CTV" telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl altı qurbanın olduğu bildirilmişdi. İki Kanada vətəndaşı itkin düşüb.

Kanadanın xarici işlər naziri Melanie Joly daha əvvəl qeyd edib ki, Kanada Hərbi Hava Qüvvələrinin hərbi təyyarələri ilə 1600-dən çox kanadalını Təl-Əvivdən təxliyə edib, daha 45 vətəndaş isə İordan çayının qərb sahilindən avtobusla təxliyə edilib.