Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Yunanıstan müdafiə nazirinin müşaviri səfir Haris Lalakosu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Məlumata görə, Gülər ​​Lalakos və onu müşayiət edən nümayəndə heyəti ilə Milli Müdafiə Nazirliyində görüşüb.

Qeyd edilib ki, Lalakosun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə və Yunanıstan nümayəndə heyətləri arasında keçirilən Hərbi Etimad Tədbirləri Görüşünün dördüncü raundunda iştirak etmək üçün bu gün Türkiyəyə gəlib.

Görüşün təfərrüatları barədə əlavə məlumat verilməyib.