Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​kosmosa uçacaq ilk türk pilot polkovnik Alper Gezeravcıya yeni rütbəsini təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən məlumata görə, nazir Gülər ​​Hərbi Hava Qüvvələrinin şəxsi heyəti pilot polkovnik Gezeravcı qəbul edib.

O, polkovnik rütbəsinə yüksələn Gezeravcıya yeni rütbəsini təyin etməklə həm yeni rütbəsində, həm də kosmos səyahətində uğurlar arzulayıb.