Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Yaşar Gülər Azərbaycanda keçirilən "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdaya gəlib.

Onu hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıblar.