Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.  
İqtisadiyyat.az “Unikal.az”a istinadla xəbər verir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.
Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.
Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov da 80 milyon 618 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunuraq barəsində həbs-qətimkan tədbiri seçilib.