Yaponiyanın Çinə ərzaq ixracı bu ilin oktyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 55% azalıb.

İqdisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyinin dərc etdiyi statistik məlumatlarda deyilir.

Hesabat dövründə ixracın azalmasına səbəb Çinin Yaponiyanın dəniz məhsulları ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər olub. Daha əvvəl Çin Yaponiyanın dəniz məhsullarının ən böyük idxalçısı olub.

Ötən ay Çinin Yaponiyadan dəniz məhsulları idxalı isə 58% azalıb.