Yaponiyanın Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 241-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İşikava qubernatorluğu məlumat yayıb.

Açıqlamada 13 mindən çox insanın hələ də təxliyyə məntəqələrində qaldığı, xəbər alınmayan 11 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edilib ki, əyalət üzrə 31 mindən çox evdə su, 1500-dən çox evdə elektrik enerjisi kəsilib, burada qismən zədələnmiş və tamamilə dağılmış binaların sayı isə 65 minə çatıb.

 

Gözəl Həşimova