Yaponiyada 6 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsinin (JMA) məlumatında deyilir.

Məlumata görə, yerli vaxtla saat 12.16-da ölkənin şimal-şərqində Fukusima prefekturasının sahillərində baş verən 6 bal gücündə zəlzələ 40 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

 

Gözəl Həşimova