"Noyabrın 21-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) ilk kəşfiyyat peykinin orbitə buraxılması Pxenyanın müəyyən texnoloji tərəqqisindən xəbər verir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara Tokioda jurnalistlərə bildirib.

"Yomiuri" qəzeti departament rəhbərinin sözlərindən sitat gətirib: "Bu addım artıq müəyyən texnoloji tərəqqinin sübutu hesab oluna bilər. Yaponiya hakimiyyət orqanları hələ də kosmik gəminin fəaliyyətini qiymətləndirirlər. Lakin əgər KXDR faktiki olaraq işləyən peyk əldə edibsə, bu, onun nüvə və raket sahələrindəki imkanlarının artırılması deməkdir ki, bu da ölkəmizin və beynəlxalq ictimaiyyətin sülh və sabitliyinə daha böyük təhlükə yaradır".

O, həmçinin bildirib ki, Tokio üçün bu baxımdan müttəfiqlər və həmfikirlərlə əməkdaşlıqda kosmosda fəaliyyət imkanlarını gücləndirmək həmişəkindən daha vacibdir.