Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında regionda münaqişədən sonrakı reallıqlar barədə məlumat verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X”də paylaşım edib.

İclasda çoxtərəflilik böhranı fonunda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin və ikili standartlara yol verilməməsinin vacibliyi bir daha təsdiqlənib.