7 aprel tarixində XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Abituriyentlər iş nömrələrini 7727 qısa nömrəsinə göndərməklə nəticələrlə tanış ola bilərlər.

Nəticələr bir neçə dəqiqədən sonra "dim.gov.az" saytına da yerləşdiriləcək.