Belarusun diplomatik nümayəndəlikləri xaricdə yaşayan belaruslar üçün köhnə pasportların yenilənməsini və yenilərinin verilməsini dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq sənəd ölkə prezidentinin saytında dərc olunub.

Məlumata görə, xaricdə yaşayan Belarus vətəndaşlarına bundan sonra pasport verilməyəcək.

Əvvəllər ölkədən kənarda daimi yaşayan, habelə konsulluq qeydiyyatında olan belaruslar səfirlik və konsulluqlarda pasport ala və ya dəyişdirə bilərdilər. İndi bu proses yalnız yaşayış yeri üzrə daxili işlər orqanlarında aparıla bilər.

 

Gözəl Həşimova