Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

İqtisadiyyat.az xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ-21011" markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.