İsrail HƏMAS hərəkatına atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyata başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşr daha əvvəl bildirmişdi ki, HƏMAS-ın Qəzza zolağı üzrə lideri Yəhya Sinvar müharibəyə son qoymaq üçün etibarlı planı ehtiva etməsə, İsraillə atəşkəs razılaşmasına razı olmayacaq.

WSJ qeyd edib ki, son təklif 40 günə qədər ilkin sakitlik müddəti nəzərdə tutur, bu müddət ərzində HƏMAS 33-ə qədər girovu azad edəcək, daha sonra uzunmüddətli atəşkəslə bağlı mümkün danışıqlar aparılacaq. Növbəti mərhələlərə ən azı altı həftəlik atəşkəs daxil olacaq, bu müddət ərzində HƏMAS və İsrail girovları azad etməyə və bir ilə qədər döyüşlərdə fasiləni uzatmağa razılaşırlar.