"Çin ilə münasibətləri inkişaf etdirmək Vyetnamın əsas prioriteti və strateji seçimidir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronq Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Çin Xalq Respublikasının sədri ilə danışıqlarda deyib. 

"Dostluq və səmimiyyət şəraitində keçən görüşdə iki ölkənin liderləri hər bir ölkədəki vəziyyəti, iki partiya və dövlət arasında münasibətləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri ətraflı müzakirə ediblər", - Vyetnam Xəbər Agentliyi (VIA) qeyd edib.

"Vyetnam Çin ilə əlaqələrin inkişafını əsas prioritet və strateji seçim hesab edir", - Phu Tronq vurğulayıb.