Venesuelanın icraçı vitse-prezidenti Delsi Rodriges Cənubi Amerika ölkəsinin Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisinə hüquqlarını təsdiq edən sənədləri Haaqa Beynəlxalq Məhkəməsinə təqdim edib. ​​O, həmçinin Cənubi Amerika ölkəsi hökumətinin Venesuelaya hücuma hazırlıqdan bəhs edən bəyanatını oxuyub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Venesuela hökumətindən bildirilib.

"Bu gün Qayana və ABŞ Cənub Komandanlığı və Mərkəzi Kəşfiyyat İdarəsi qlobal Şimaldakı müttəfiqləri ilə birlikdə Venesuelaya qarşı təcavüz hazırlayır. Bu, Latın Amerikası və Karib hövzəsində sülh və sabitliyə real təhlükə yaradır", - hökumətin bəyanatında deyilir.