"İtaliyanın Venesiya şəhərində gündəlik turist sıxlığına nəzarət etmək üçün aprelin 25-dən şəhərə gələn qonaqlardan giriş haqqı tələb ediləcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Venesiya şəhər bələdiyyə başçısı Luigi Brugnaro bildirib.

Onun sözlərinə görə, ötən il sentyabrında Venesiya Şəhər Şurası bununla bağlı qərar qəbul edib:

“Biz dünyanın mühüm tarixi mərkəzlərini qorumağa borcluyuq. Ona görə də tətbiqin ilk dəfə aprelin 25-də saat 08.30-16.00 arasında istifadəyə veriləcəyi gözlənilir.Tətbiqin məqsədi pul qazanmaq deyil, şəhəri qorumaqdır".

Qeyd edək ki, Venesiyaya gündəlik giriş haqqı adambaşı 5 avrodur. 14 yaşa qədər uşaqlar isə bundan azaddır.

 

Gözəl Həşimova